İşğaldan azad olunmuş rayonlarda meydançalar salınacaq

İdman

20.11.2020 - 23:56

Meydançalar yaşayış məntəqlərində məskunlaşma prosesinə uyğun tikilərək sakinlərin ixtiyarına veriləcək

 

AFFA Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlayır.

 

AYNA xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında məlumat verilib.

 

Xəbərdə bildirilir ki, həmin meydançalar yaşayış məntəqlərində məskunlaşma prosesinə uyğun tikilərək sakinlərin ixtiyarına veriləcək.

 

Qeyd edək ki, ilk belə meydança 2018-ci ildə Cəbrayılın Cocuq Mərcanlı kəndində AFFA və UEFA-nın Uşaq Fondu “UEFA Foundation for Children” tərəfindən inşa edilib.

Müəllif: Ayna.az