Qubada 23 yaşlı gənc 3 aydır itkin düşüb

Xəbərlər

31.08.2020 - 16:21

cedabet dərman SEO Xidməti

Novruzbəy Məcidov mayın 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

 

Qubada 23 yaşlı gənc itkin düşüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Xəbərə görə, Quba rayon sakini, 1997-ci il təvəllüdlü Məcidov Novruzbəy Niyaz oğlu bu ilin mayın 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

N.Məcidovun əlamətləri belədir: boyu 161 santimetr, qısa qara saçlı, uzun sifətli, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxan zaman onun əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli idman ayaqqabısı olub.

 

N.Məcidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir, aydın danışa və özü haqqında dəqiq məlumat verə bilmir.  

 

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə, 02333-5-35-11, 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.    

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş