Quba və Bərdədə Peşə Hazırlığı Mərkəzi açılacaq

Cəmiyyət

16.08.2020 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

2030-cu ilədək mərkəzlərin sayının 10-a çatdırılması planlaşdırılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Quba və Bərdə rayonlarında Peşə Hazırlığı Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

 

Agentlik tərəfindən həmçinin mövcud peşə hazırlığı mərkəzlərinin maddi-texniki bazasını və idarəetmə sistemini təkmilləşdirilmək, peşə hazırlığı kurslarının beynəlxalq standartların tələb və şərtlərinə uyğun təşkil etmək hədəflənib. Həmçinin peşə hazırlığı prosesinin rəqəmsallaşdırılması, elektron dərslik və dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulub.

 

2030-cu ilədək DMA-nın nəzdində regional peşə hazırlığı mərkəzlərinin sayının 10-a çatdırılması planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş