Qroznıda biznes mərkəzində partlayış olub

Dünya

05.12.2025 - 12:36

Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Qroznı-Siti” biznes mərkəzində partlayış baş verib.

AYNA.AZ rus mediasına istinadən “Qafqazinfo” Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, hadisə biznes mərkəzinin qüllələrindən birində qeydə alınıb.

Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinin fasadı dağılıb. 

Binanın Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qaldığı iddia olunub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş