Qrossi: “İran nüvə silahına malik deyil”

Dünya

03.03.2026 - 16:28

"Nə vaxtsa bu, sona çatacaq və biz danışıqlar masasına qayıtmalı olacağıq"

MAQATE-nin baş direktoru Rafael Qrossi İranın nüvə silahına malik olmadığına əmindir. AYNA.AZ BBC-yə istinadən bildirir ki, Qrossi "İranın nüvə silahı yoxdur", - deyə bildirib.

O İsrail-ABŞ hərbi əməliyyatı zamanı İsfahan yaxınlığında baş verən son partlayışların İranın nüvə obyektinə zərər vermədiyini, MAQATE isə Natanz nüvə obyektində kiçik ziyan qeydə aldığını açıqlayıb.

Bu vəziyyəti şərh edən Qrossi ABŞ-ın 2025-ci ilin iyun ayında üç nüvə obyektinə - Fordo, İsfahan və Natanza zərbə endirdiyi əməliyyatdan fərqli olaraq, İrana qarşı hazırkı əməliyyatın əsas məqsədinin nüvə obyektlərinə zərbə endirmək olmadığı fikrini irəli sürüb.

Qrossi həmçinin "Bloomberg"ə müsahibəsində münaqişənin gec-tez danışıqlar yolu ilə həll olunacağı fikrini bildirib: "Nə vaxtsa bu, sona çatacaq və biz danışıqlar masasına qayıtmalı olacağıq".

MAQATE rəhbəri münaqişənin bütün tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş