Gürcüstan DTX-nin keçmiş rəisi həbs olunub
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvili həbs olunub. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze deyib.
Baş prokuror bildirib ki, DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb.
Onun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa gəlib və istintaq hərəkətləri hazırda davam etdirilir.
Saxlanılmanın hansı maddə üzrə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.