Respondentlərin 57,3 faizi adanın ABŞ-a qoşulmaq ideyasını bəyənib
Qrenlandiya əhalisinin yarıdan çoxu adanın ABŞ-a birləşdirilməsini dəstəkləyir. AYNA xəbər verir ki, bunu Amerikanın “Patriot Polling” qeyri-hökumət təşkilatının yanvarın 6-dan 11-dək keçirdiyi sorğunun məlumatları sübut edir.
Respondentlərin əksəriyyəti (57,3 faiz) ABŞ-a qoşulmaq ideyasını bəyəndiyini, 37,4 faizi isə əleyhinə olduğunu bildirib.
Respondentlərin 5,3 faizi suala cavab verməkdə çətinlik çəkib.
416 Qrenlandiya vətəndaşının iştirak etdiyi sorğunun müəllifləri qeyd ediblər ki, sorğunun keçirildiyi vaxt ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın kiçik oğlu Qrenlandiyada səfərdə olub.
Qeyd edək ki, yanvarın 7-də ABŞ Prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Qrenlandiya Çin və Rusiya təhdidlərindən qorumaq üçün ABŞ-ın bir hissəsi olmalıdır.