Qorxu koronavirusun işinə yarayırmış: <font color=red> Mübarizə metodu dəyişməlidir</font>

Cəmiyyət

18.06.2020 - 11:48

Psixoloq: “İnsanlara o qədər virusdan danışıldı, yoluxma, ölüm çatdırıldı ki, artıq çoxları yoluxacağına inanır və bunun nəticəsində yoluxma və ölüm sayı artmaqda davam edir”

 

Həftəsonu sərt karantin rejiminin tətbiqinə baxmayaraq, yoluxma sayında artan rəqəmlər, həkimlərin həyəcanlı çağırışları, tanışında, yaxınında koronavirusa yoluxanların olduğunu deyən insanların sosial media hesabından paylaşımları inananlarla yanaşı, inanmayanların da qəlbinə xof salmağa başlayıb. “Virusdan əvvəl bizi elə bu narahatlıq, qorxu hissi öldürəcək”, - deyə gileylənənlərin, özündə psixoloji narahatlıq, gərginlik hiss edənlərin də sayı günü-gündən çoxalır. Bəs nə etməli?

 

AYNA-ya danışan psixoloq Tariyel Faziloğlu hesab edir ki, insanları nə qədər qorxutsaq, yoluxma sayı da o qədər artacaq: “Pandemiya elan olunduqda, ilk vaxtlar bir çox dünya ölkələri “qorxu siyasəti” həyata keçirərək insanları qorumağa çalışdı. Lakin bu, elə də effektli olmadı. Sonradan bu siyasəti dəyişdilər, çünki insanları qorxutmaq əks təsir göstərməyə başladı. Əslində, məsələ çox sadədir, qorxu hissi immuniteti aşağı salır. Nəticədə bədənin müqavimət gücü zəif, yoluxma riski yüksək olur. Biz bunu beynəlxalq təcrübədə gördük. İnsanlarda psixoloji əhval-ruhiyənin yüksəldilməsi, motivasiyanın artırılması nəticəsində yoluxma və ölüm sayında azalma, sağalmada isə artım müşahidə etməyə başlanıldı”.

Aləmdə Nəsib