Gürcüstanda bir gündə 30 nəfər koronavirusdan ölüb
Gürcüstanda son sutkada koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, son sutka ərzində Gürcüstanda 1563 yeni yoluxma faktı qeydə alınıb.
Daha 30 nəfər isə virusdan vəfat edib. Bu göstərici ölkədə pandemiyanın qeydə alındığı ilk gündən bəri ikinci ən yüksək həddir.
Bu günə kimi Gürcüstanda ümumilikdə 332 min 441 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 min 349-u sağalıb, 4 min 499-u isə dünyasını dəyişib.