Yanğın 21-ci binanın səkkizinci mərtəbəsində qeydə alınıb
Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, hadisə Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış kompleksindəki 21-ci binanın səkkizinci mərtəbəsində qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin ehtimala görə, yanğın isidici cihazla ehtiyatsız rəftar nəticəsində baş verib.