Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb
Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 160 yük avtomobili gözləyir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 54, “Mazımqara” gömrük postunda 24, “Astara” gömrük postunda 103, “Biləsuvar” gömrük postunda 70, “Xanoba” gömrük postunda 7 yük avtomobili var.