Qəzza sektorunda ölən tibb işçilərinin sayı açıqlanıb

Dünya

11.08.2024 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

Münaqişəsinin yeni mərhələsi başlayandan bəri 500-ə yaxın tibb işçisi həlak olub

Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza sektorunda 500-ə yaxın tibb işçisi həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrailin zərbələri Fələstin anklavında 130 təcili yardım maşını məhv edib.

Vurğulanıb ki, ümumilikdə Qəzza zolağında ölənlərin sayı 39 790, yaralıların sayı isə 92 002 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş