Qətər İsrail qarşısında iki şərt qoyub

Dünya

21.09.2025 - 10:36

Dohaya hücuma görə üzr istəməsini tələb edir

Qətər Qəzza zolağında atəşkəs razılaşması üçün vasitəçilik danışıqlarına qayıtmaq üçün Doha hücumuna görə İsraildən üzr istəməsini tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail telekanalının “12-ci kanalı” təfərrüatlarla tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Qətər hakimiyyəti bir sıra şərtlər irəli sürüb: İsrailin zərbələri nəticəsində həlak olan təhlükəsizlik zabitinin ailəsinə təzminat ödənilməsi və gələcəkdə Qətərin suverenliyini pozmayacağına dair söz.

Mənbələrin bildirdiyinə görə, bu şərtlər Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə İsrailin strateji işlər naziri Dermerə çatdırılıb.

Sonuncunun bu gün Qətərin Baş naziri əl-Tani ilə də görüşəcəyi və "danışıqları bərpa etmək üçün İsrail və Qətər arasındakı böhrana son qoymaq cəhdini" müzakirə edəcəyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş