Qərar qaçılmaz oldu

İdman

11.09.2023 - 05:19

Almaniya millisinin baş məşqçisi vəzifəsindən göndərilib

Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Flick vəzifəsindən göndərilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasından bildirilib.

Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.

Qeyd edək ki, sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.

Müəllif: Ayna.az