Neymar koronavirusa yoluxub

İdman

02.09.2020 - 19:53

Braziliya millisinin üzvünün testi pozitiv çıxıb

 

PSJ klubunun hücumçusu Neymar koronavirus infeksiyasına yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Bildirilir ki, Braziliya millisinin üzvünün testi pozitiv çıxıb. Bu səbəbdən ulduz futbolçu karantinə alınıb və onun müalicəsinə başlanılıb.

 

Qeyd edək ki, Paris təmsilçisi dünən 2 oyunçusunun koronavirusa yoluxduğunu açıqlayıb. Onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğu bildirilib.

Müəllif: Ayna.az