Müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb
Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
AYNA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.