Qəbələdə müəllim intihar edib

Hadisə

05.07.2021 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil

 

Qəbələ rayonunda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb.

 

Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

 

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş