Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb

Hadisə

17.10.2024 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş