Təxminən 35 hektar ərazidə quru ot və kol-kos yanıb
Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş tədbirlər sayəsində avqustun 20-də günorta saatlarında söndürülüb.
FHN Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara görə, təxminən 35 hektar ərazidə quru ot və kol-kos yanıb.
Yanğınla mübarizə tədbirlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.
Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.