Qdanskdakı Rusiya konsulluğu bağlanır

Dünya

19.11.2025 - 17:55

Sikorski: "Qdanskdakı son Rusiya konsulluğuna verilən təsdiqi ləğv etmək qərarına gəldim”

Polşanın Qdanskdakı Rusiya konsulluğunun fəaliyyət göstərməsinə verilən təsdiq ləğv edilir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşa mediasının verdiyi məlumata görə, Sikorski "Qdanskdakı son Rusiya konsulluğuna verilən təsdiqi ləğv etmək qərarına gəldim. Bu barədə yaxın bir neçə saat ərzində rəsmi nota ilə Rusiya tərəfinə məlumat veriləcək" deyib.

Polşa xarici işlər naziri bu qərarı son dəmir yolu hadisələri ilə əlaqələndirib. Nazir bildirib ki, əgər belə hadisələr təkrarlanarsa, "əlavə qərarlar qəbul ediləcək".

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Polşada dəmir yolu relslərinin bombalanmasında iştirak edən iki Ukrayna vətəndaşının "Rusiya kəşfiyyatı ilə uzunmüddətli əməkdaşlıq" göstərdiyinin müəyyən edildiyini açıqlayıb. Lakin iddialara görə, onlar Terespol (Belarus tərəfində Brest) keçid məntəqəsindən keçərək ölkəni tərk edə biliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş