Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Dünya

29.05.2022 - 13:10

Sabiq nazir büdcə vəsaitlərini mənimsəməkdə təqsirli sayılır

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib. AYNA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş