Qazaxıstanda konstitusiya referendumu keçiriləcək

Dünya

13.02.2026 - 00:18

Referendumun nəticələri 21 martadək açıqlanacaq

Qazaxıstanın Mərkəzi Referendum Komissiyası 15 mart tarixinə təyin olunmuş yeni konstitusiya layihəsi üzrə ümumxalq referendumunun nəticələrini yeddi gün ərzində - 21 mart tarixinə qədər açıqlayacaq. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının sədr müavini Muxtar Yerman məlumat verib.

"Mərkəzi Referendum Komissiyasının referendumun nəticələri ilə bağlı rəsmi açıqlaması səsvermə günündən ən geci yeddi gün, yəni 21 mart tarixinə qədər mediada dərc olunmalıdır", - Yerman deyib.

Onun sözlərinə görə, referendumla bağlı təşviqat referendumun təyin olunduğu andan başlayır və səsvermə günündən əvvəlki gün gecə yarısında başa çatır. Buna görə də təşviqat 12 fevralda başlayıb və sükut günündə (14 mart) başa çatacaq. 27 fevraldan 4 mart tarixinə qədər məntəqə komissiyaları vətəndaşlara səsvermənin vaxtı və yeri barədə məlumat verməlidirlər. Seçki günü məntəqə referendum komissiyalarında səsvermənin yerli vaxtla saat 7:00-dan 20:00-dək keçirilməsi planlaşdırılır.

Qazaxıstanın yeni konstitusiya layihəsi ilə bağlı 15 martda keçiriləcək ümumxalq referendumunda bir sual veriləcək: "Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni konstitusiyasını qəbul edirsinizmi?".

Kampaniya müddətində Mərkəzi Referendum Komissiyası kimi fəaliyyət göstərəcək Mərkəzi Seçki Komissiyası referendumun təşkili və keçirilməsindən məsuldur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş