Qazaxıstan və İsrail vizasız səfər haqqında memorandum imzalayıblar

Dünya

27.01.2026 - 21:11

Astanada keçirilən rəsmi danışıqlardan sonra Qazaxıstan və İsrailin xarici işlər nazirləri Yermek Koşerbayev və Gideon Saar bir sıra ikitərəfli sənədlər imzalayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Sənədlərə milli pasport sahiblərini viza tələblərindən azad edən müqavilənin mümkün bağlanması ilə bağlı niyyət memorandumları, ictimai diplomatiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu və diplomatik təlim sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş