İsraildən təxliyə avtobuslarla Misir sərhədinədək həyata keçirilib
Bu günə qədər Qazaxıstan İrandan 230, İsraildən isə 66 vətəndaşını təxliyə edib. AYNA.AZ qazax mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
Smadiyarovun sözlərinə görə, İsraildən təxliyə avtobuslarla Misir sərhədinədək həyata keçirilib. “Daha sonra vətəndaşlarımız Qahirədən Şımkəntə, oradan isə yaşadıqları bölgələrə uçublar”, – deyə o bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, İrandan təxliyə prosesi daha çətin olub, belə ki, qazaxıstanlılar Azərbaycan və Türkmənistan vasitəsilə ölkədən çıxarılıb: “Xüsusilə gecə saatlarında dağ yolları ilə hərəkət etmək çətin idi. Elə hallar olurdu ki, insanlar avtobuslarda 17 saat qalırdı. Hazırda təxliyə olunan vətəndaşlarımız təhlükəsiz şəraitdədir və göstərilən köməyə görə minnətdarlıq edirlər”.