“Tərəflər iki ölkə arasında birbaşa aviareyslərin açılması üçün bütün səyləri əsirgəməmək barədə razılığa gəliblər”
Qazaxıstan hakimiyyəti gələn ilin sonunda ABŞ-a birbaşa təyyarə reysləri açmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nazir Marat Karabayev Monrealda ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbərliyi ilə görüşdə bu istiqamətdə müzakirə aparıb.
“Tərəflər iki ölkə arasında birbaşa aviareyslərin açılması üçün bütün səyləri əsirgəməmək barədə razılığa gəliblər və təyyarələrin vaxtında çatdırılması və slot almaq məsələlərini müzakirə ediblər. Beləliklə, 2025-ci ilin sonunda ABŞ-a birbaşa uçuşlar planlaşdırılır. Uçuşların həftədə 2 dəfə tezliyi ilə yerinə yetiriləcəyi gözlənilir”, - məlumatda deyilir.