Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Hərəkətdə olan “Sprinter” sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı ikisi uşaq olmaqla, yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadidə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.