Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolu kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev elə hadisə yerində həyatını itirib.1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.