Qazaxda minlərlə çətənə kolu məhv edilib

Xəbərlər

25.06.2024 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Ümumi çəkisi 3 ton olan 6 300 ədəd çətən bitkisi toplanılaraq məhv edilib

Qazaxda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq DSX əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton olan 6 300 ədəd çətən bitkisi toplanılaraq məhv edilib.

Müəllif: Ayna.az