Qazaxda 13 yaşlı qız qızılcadan ölüb

Xəbərlər

18.01.2024 - 23:53

Nəzrin Şabanzadə Bakıya aparılarkən yolda dünyasını dəyişib

Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.

Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.

Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.

Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir

Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş