Qaxda yol qəzası: 2 nəfər xəsarət alıb

Hadisə

18.12.2025 - 19:56

Yolu keçmək istəyən piyadanı minik avtomobili vurub

Qaxda yol qəzası baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Hadisə nəticəsində piyada və sürücü xəsarət alıb.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş