Qatarların sürət həddi bərpa olunub

Xəbərlər

15.01.2024 - 15:02

ADY sərnişinlərdən xahiş edib

Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

“Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş