Qarlı yolda qalmış daha beş nəfər xilas edilib

Xəbərlər

12.02.2020 - 17:37

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

AYNA FHN-in məlumatına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

 

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş