Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO

Xəbərlər

25.02.2025 - 19:15

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib

Qarlı havada avtoxuliqanlıq edən sürücü həbs olunub. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.

O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş