Qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirib

Xəbərlər

30.03.2026 - 23:04

Bakının Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş