Qaradağda palçıq vulkanı püskürüb

Hadisə

11.10.2025 - 13:16

Ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş