Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərimələnib - <font color=red> FOTO, VİDEO</font>

Hadisə

09.12.2020 - 20:06

Mərasimin təşkilatçısı və digər 15 nəfər barəsində inzibati protokol tərtib olunub

 

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.

 

Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

Müəllif: Ayna.az