Qaraciyər nəqli gözləyən xəstələrə şad xəbər

Maraqlı

31.07.2019 - 15:59

Zədələnmiş qaraciyəri götürməkdənsə, zərər görmüş hissənin bərpasının bir neçə növ müalicəsinin olduğu bildirilib

 

Alimlər qaraciyər nəqlini ortadan qaldıracaq bir hüceyrə kəşf ediblər.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, alimlərin kəşf etdiyi bu hüceyrə kök hüceyrəyə oxşar xüsusiyyətlərə malikdir.

 

Bu hüceyrənin zərər görmüş qaraciyərin hüceyrələrini yeniləyə biləcəyi, bununla da qaraciyər nəqlinə ehtiyac qalmayacağı açıqlanıb.

 

Böyük Britaniyadakı "Kinq College"in alimləri tərəfindən aparılmış araşdırmalarda kəşf olunub ki, insan ruhundakı "hepatobiliary hybrid progenitor cell" (Hhyp) hüceyrəsi az miqdarda da olsa, qaraciyərdə var. 

 

Tədqiqatlar nəticəsində qaraciyər xəstəliyinin də müalicə olunacaq xəstəliklər sırasına daxil ediləcəyi, qaraciyər nəqlinə ehtiyac qalmayacağı üzə çıxıb. 


 
Bununla yanaşı, zədələnmiş qaraciyəri götürməkdənsə, zədələnmiş qaraciyəri götürməkdənsə, zərər görmüş hissənin bərpasının bir neçə növ müalicəsinin olduğu bildirilib. 

 

Araşdırmanın rəhbəri qeyd edib ki, ilk dəfə insanın ağciyərində kök hüceyrəyə oxşar xüsusiyyətləri olan hüceyrələr tapılıb. Bunun sayəsində bir neçə müalicə üsulu hazırlanıb.  

 

Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Müəllif: Ayna.az