Kosmosda günəşi uda biləcək qara dəlik tapılıb

Maraqlı

08.08.2019 - 13:42

"Holmberq 15A"nın günəş sistemindəki bütün peykləri udmaq gücündə olması da diqqətləri cəlb edib

 

"Holmberq 15A" adlı qalaktika qrupunun ortasında yeni qara dəlik kəşf edilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, kəşf edilən obyektin dünyadan 700 milyon işıq ili qədər uzaq olduğu və ətrafında ulduzlar gəzən ən böyük çuxur olması ehtimal olunur.

 

Qalaktikanın dinamikasına əsaslanan hesablamada, "Holmberq 15A" adlanan qara dəliyin günəş kütləsindən 310 milyon dəfə böyük olduğu güman edilir.

 

Astrofizka jurnalının xəbərlərinə görə, kəşf edilən qara dəliyin ölçmə üsulunun təyin olunduğu qeyd olunub.

 

"Holmberq 15A"nın günəş sistemindəki bütün peykləri udmaq gücündə olması da diqqətləri cəlb edib.

Müəllif: Ayna.az