“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

Reklam

30.06.2021 - 19:13

Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir

 

Bakcell “099” prefiksi ilə başlayan “xüsusi” və “eksklüziv” nömrələri istifadəyə verib. Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə “Klass 25” və “Klass 50” tarifləri ilə təklif olunur.

 

AYNA xəbər verir ki, istifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək 099 prefiksli yeni nömrələr 29 iyundan etibarən satışdadır.

 

Müştərilər arzuladıqları nömrəni nomre.bakcell.com səhifəsi vasitəsilə rezervasiya edə və ya “Bakcell”in istənilən müştəri xidməti mərkəzi və diler mağazasından ala bilərlər.

 

Qeyd edək ki, “Bakcell” yeni “099” mobil prefiksini ötən ilin əvvəlində təqdim edib. Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir.

 

”Abunəçilər yeni 099 prefiksimizə böyük maraq göstərib. Buna görə də biz onlara fərqlənmək və ən üstün müştəri təcrübəsindən yararlanmaq üçün 099 prefiksli eksklüziv nömrə almaq imkanı yaratmışıq. Bu nömrələri beynəlxalq səviyyədə 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adını qazanmış “Bakcell” şəbəkəsində istifadə etmək isə əlavə üstünlüklər qazandırır”, - deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

 

Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/099-prefix-exclusive-special səhifəsinə daxil olun.

 

“Bakcell” xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Müəllif: Ayna.az