“Qarabağ”dan azarkeşlərə müraciət

İdman

22.02.2024 - 14:41

“Hər birinizdən stadiona iki saat öncə gəlməyiniz və yerinizi tutmağınız xahiş olunur”

“Qarabağ” Futbol Klubu bu gün keçiriləcək “Qarabağ” - “Braqa” oyunu ilə bağlı azarkeşlərə müraciət edib. AYNA xəbər verir ki, müraciət klubun sosial media hesabında edilib.

“Əziz azarkeşlərimiz, stadionun giriş qapıları oyunun start fitindən iki saat əvvəl açılacaq. Hər birinizdən stadiona iki saat öncə gəlməyiniz və yerinizi tutmağınız xahiş olunur”, - deyə klub qeyd edib.

Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual