Paytaxt klubu “Lester Siti”ni 3:1 hesabı ilə məğlub edib
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib. AYNA xəbər verir ki, “Lester Siti” doğma azarkeşlər önündə paytaxt klubu “Arsenal”ı qəbul edib.
Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xal ehtiyatını 37-ə çatdıran “Arsenal” turnir cədvəlində 10-cı yerə yüksəlib, “Lester Siti” isə 49 xalla üçüncü yerdə qərarlaşıb.