Qarabağda rus sülhməramlısı minaya düşüb

Xəbərlər

23.11.2020 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı rus zabit Bakıya xəstəxanaya gətirilib

 

Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı Qarabağda minaya düşüb.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.

 

Yaralı rus zabit Bakıya xəstəxanaya gətirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir. Məlumatda hadisə zamanı bir Azərbaycan həbçisinin də şəhid olduğu qeyd edilib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub. Babək Səmidlinin şəhid olması xəbərini Azərbaycan Müdafiə Nazirliyi təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş