İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri davam edir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan AYNA-ya bildirilib ki, avqustun 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 127 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.