Qarabağda ölən rus zabitin kimliyi bilindi

Xəbərlər

20.12.2020 - 15:33

Mina partlaması nəticəsində ölən hərbçi 29 yaşlı rusiyalı Vitali Morozdur

 

Qarabağda ölən rus minatəmizləmə qrupunun zabitinin şəxsiyyəti məlum olub. AYNA xəbər verir ki, bu barədə “Hərbi Məlumatçı” “Telegram” kanalında məlumat paylaşılıb.

 

Qeyd olunub ki, ölən zabit 29 yaşlı rusiyalı Vitali Morozdur. Zabitin ölümü barədə Rusiya Müdafiə Nazirliyi dekabrın 28-də xəbər verib. Bildirilib ki, hərbçi Şuşa şəhəri yaxınlığında yolda mina təmizləyən zaman partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb. Zabitə dərhal tibbi yardım göstərilib, lakin xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb.

 

Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib.

Müəllif: Ayna.az