Qarabağa dair gizli səs yazısı, yaxud xırdavat alverçisinin yekəxanalığı

Maraqlı

10.12.2020 - 16:13

Ermənistan və Belarus prezidentləri arasında dialoq son dərəcə diqqətəlayiqdir

 

Ermənistanda demək olar ki, hər gün informasiya bombaları partlayır. Bunlar, əsasən Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Hadrut, 240-dan çox kənd erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin yaratdığı qarışıqlıqlarla əlaqədardır. Ermənistan Baş naziri Nikol Paşinyan, erməni ordusunun məğlubiyyəti fonunda üçtərəfli atəşkəs sazişi imzalamaq məcburiyyətində qaldı ki, bu da əslində kapitulyasiya aktıdır. Təbii ki, bunun üçün erməni cəmiyyəti onu parçalamağa hazırdır - üstəlik, sözün hərfi mənasında. Ancaq bu gün biz Paşinyandan danışmırıq.

 

Bu ölkədə “məxməri inqilab” dövründə çox əhəmiyyətli bir rol oynayan, nəticədə hakimiyyətin Serj Sarqsyandan Nikol Paşinyana keçdiyi Ermənistandakı tanınmış “Telegram” kanalı “Bagramyan26”, ölkənin üçüncü Prezidenti ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Dağlıq Qarabağla bağlı danışıqlara həsr edilən bir səs yazısı yayımladı. Və bu yazıda deyilənlər indi Ermənistanda Paşinyanın istefasını tələb edən qüvvələr arasındakı qarşıdurmanın nəticəsi qədər fəal şəkildə müzakirə olunur.

 

Həmin söhbət zamanı çox maraqlı şeylər söylənildi. Məsələn, belə çıxır ki, Belarus və bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Azərbaycanın işğal olunmuş 7 rayonunu geri qaytardıqdan sonra, Təşkilatın sülhməramlı kontingentinin Dağlıq Qarabağa daxil olmasına çalışırdı. “Biz oraya döyüşmək üçün deyil, razılaşmaları izləmək üçün gedəcəyik”, - deyən Lukaşenko Sarqsyana aşkar həqiqəti başa salmağa çalışırdı. Ancaq Ermənistanın üçüncü Prezidenti olmağı bacaran keçmiş Qarabağ separatçısı müqavimət göstərirdi.

Lukaşenko ilə Sarkisyanın gizli səs yazısını Paşinyan yaydırıb? - GİZLİ  MƏQSƏD - Savash.org

Səs yazısından belə çıxır ki, Serj Sarqsyan Azərbaycanın işğal olunmuş 7 bölgəsindən imtina etməməyə qərar verir, çünki azad olduqdan sonra ölkəmizin Ermənistana qarşı müharibəyə başlayacağından qorxur. Daha absurd bir şey ağla belə, gələ bilməz! Ancaq bu, özü həmişə yalan danışmağa, qaçmağa, müqavilələrə əməl etməməyə alışmış birinin “məntiqidir”.

 

Və heç bir məntiqi arqumentin, Aleksandr Lukaşenkonun arqumentlərinin Sarqsyan tərəfindən qəbul edilməməsi də təəccüblü deyil. Eyni zamanda, Ermənistan Respublikasının üçüncü Prezidenti, bazarda bir xırdavat dəllalı kimi sual verir: “Niyə durduğum yerdə bu əraziləri verməliyəm?” Bu sualın qarşısında, görünür, Sarqsyanın əsl dəllal mahiyyətini çoxdan başa düşən Belarus Prezidenti ona Azərbaycan Prezidenti İlham Əliyevin 5 milyard dollar ödəməyə hazır olduğunu izah edir.

 

Burada qeyd edim ki, əgər bu təklif real olaraq edilibsə, ölkəmizin rəhbərliyinin Serj Sarqsyanla onun başa düşə biləcəyi bir dildə danışmağa, sadəcə problemi müharibəsiz və qansız həll etməyə hazır olduğunu göstərir. Eyni zamanda, ölkəmizdə bu pul var idi və indi də var. Azərbaycan həm o dövrdə, həm də indi onmilyardlarla dollarlıq aktivlərə sahib idi və bunlardan 5-nin Ermənistan tərəfindən işğal olunmuş 7 bölgənin qansız qaytarılması üçün verilməsi başadüşülən bir təklif idi. Təkrar edirəm, əgər olubsa…

 

Ermənistan və Belarus prezidentləri arasındakı dialoq son dərəcə diqqətəlayiqdir. “Mən ona 6 milyard verirəm, qoy o, imtina etsin”, - deyə Serj Sarqsyan ermənilərə xas olan yekəxanalıqla deyir. “Nədən? Yeddi rayondan? Sən nə danışırsan?!”, - deyə Lukaşenko Ermənistanın üçüncü Prezidentinin həyasızlığına təəccüblənir. Nə də olsa, Lukaşenko Ermənistanın Cənubi Qafqazda borc içində boğulan və Qarabağ münaqişəsi həll olunmadan inkişaf perspektivi olmayan ən geridə qalmış ölkə olduğunu başa düşürdü.

 

Etiraf edirəm, səs yazısının feyk xəbər və ya montaj olduğunu düşündüm. Ancaq Ermənistanın üçüncü Prezidentinin ofisi Lukaşenko ilə Sarqsyan arasında danışıqların şəbəkəyə sızan səs yazısının orijinal olduğunu təsdiqlədi. Söhbət 2016-cı ilin oktyabrında KTMT Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında baş tutub. “14 oktyabr 2016-cı ildə İrəvanda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı prezidentlərin qeyri-rəsmi danışıqlarının necə yazıldığı və şəbəkəyə necə düşdüyü aydın deyil. Ermənistan Respublikasının üçüncü Prezidentinin dəftərxanası səs yazısının yayımlanmasını fakt kimi qəbul edir və qapalı formatda keçirilən görüşləri şərh verməyə ehtiyac duymur”, - məlimatda deyilir.

 

Erməni mediası da hadisəyə reaksiya verdi. Onların fikrincə, əgər iki ölkənin liderləri arasında qeyri-rəsmi bir danışığın səs yazısı internetdə yayılırsa, bu, Ermənistan Respublikasının milli təhlükəsizliyinin təhdid altında olması deməkdir. Mətbuat bu cür “provallar”ın nəinki əvvəllər, elə Nikol Paşinyanın baş nazirliyi dövründə baş verdiyini də xatırladır. Belə hadisələrin birincisi, 2018-ci ilin sentyabrında, hazırda Paşinyanın əsas tənqidçilərindən biri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın 8 dəqiqəlik telefon danışığı idi. Onlar Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan, habelə KTMT Baş katibi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılan cinayət işləri və onların nəyin bahasına olursa olsun, həbs edilməsi məsələsini müzakirə edirdilər.

Paşinyanın səriştəsiz idarəetməsinin nəticəsi » Kaspi.azAzərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Yayılan daha bir səs yazısı isə 5 dekabr 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan və yenə də Artur Vanetsyan arasında olan danışıq idi. Deməli, hətta, Ermənistan dövlətinin də deyil, bu dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinin, ilk növbədə informasiya təhlükəsizliyinin təmin edilməsində böyük problemlər var. Lakin erməni mediası daha çox başqa bir məsələ ilə maraqlanır - yoxsul ölkənin üçüncü Prezidentinin ayırmaq istədiyi 6 milyard dolların mənşəyinin mahiyyətini anlamağa çalışırlar.

 

Serj Azatoviçin korrupsiya “istedadlarına” bələd olan Ermənistan kütləvi informasiya vasitələri belə, şəxsən onun bu qədər böyük vəsaiti olmadığına inanır. Ancaq bu pulun, ehtimal olaraq haradansa tapılması halında, niyə daha önəmli məsələlərə xərclənməməsi ilə maraqlanırlar. “Axı, 6 milyard dollara o qədər müasir silah və hərbi texnika ala bilərdik ki, azərbaycanlılar Artsaxa hücum etməyi xəyallarına da gətirməzdilər! Və bu gün müharibənin nəticəsi tamamilə fərqli ola bilərdi. Ancaq Sarqsyan bu milyardları Silahlı Qüvvələrin yenilənməsinə xərcləmək əvəzinə köhnə silahlar almağa üstünlük verdi”, - deyə “Armenianreport” dərgisi qəzəbini gizlədə bilmir.

 

Mətbuat bu səs yazısının internetə sızmasının kimə sərf etməsi üzərində düşünməyə başlayır. “Buradakı cavab da aydındır - Rusiya xüsusi xidmət orqanlarına. Niyə? Onlar öz növbəsində Paşinyanı “xərcləmək” və Sarqsyanı erməni dövlətinin mənafelərinin bir növ qoruyucusu kimi təqdim etmək, onu və ya himayədarını Ermənistanda hakimiyyətə qaytarmağa çalışmaq üçün”, - deyə “Armenianreport” hesab edir.

 

Gördüyünüz kimi, işğal edilən Azərbaycan torpaqları üzərində alver edən Serj Sarqsyan, Ermənistanı və Azərbaycanı yeni bir müharibəyə aparan Serj Sarqsyan, ancaq yenə də ənənəvi olaraq Ermənistan üçün hər şeydə Rusiya xüsusi xidmət orqanları “günahkar” elan edilir.

 

Erməni KİV-ləri Rusiya xüsusi xidmət orqanlarının təkbaşına hərəkət edə bilmədiklərini və onların ən azından Ermənistan hökumətinin ən yüksək eşelonlarında ortaqları olduqlarını müzakirə etmirlər. Niyə onları ya axmaq göstərən, ya da Ermənistanın faktiki müstəqilliyinin olmamasını bir daha vurğulayan faktdan danışsınlar ki?! Onların davranışlarının məntiqi budur.

 

Serj Sarqsyana gəlincə, o, daha heç kim kömək etməyəcək. Çünki hakimiyyəti Nikol Paşinyan kimi siyasi əbləhə təslim etməyi bacaran bir oğru və bir luzer (səriştəsiz) renomesini əbədi olaraq qazanıb…

Müəllif: Əkbər Həsənov