Qarabağ separatçıları ilə bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb

Xəbərlər

12.12.2023 - 13:14

“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq”

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb. AYNA bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror vurğulayıb ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir: “Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş