“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb

İdman

31.07.2022 - 18:49

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Ağdam klubunun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

Müəllif: Ayna.az