"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu olub

İdman

12.05.2021 - 08:23

Qvardiola üçüncü dəfə klubu turnir cədvəlində birinci yerə yüksəldib

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib. AYNA xəbər verir ki, hazırda turnir cədvəlində ikinci yerdə qərarlaşan "Mançester Yunayted" klubunun “Lester Siti”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.

 

Xosep Qvardiolanın yetirmələri "Mançester Yunayted"i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər. Beləliklə, "Mançester Siti" yeddinci dəfə İngiltərə çempionu olub.

 

2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl "Mançester Siti" ispan mütəxəssisin rəhbərliyi altında 2017-2018-ci və 2018-2019-ci il mövsümlərində də ölkə birincisi olub.

Müəllif: Ayna.az