Futbolçu qarşıdakı 4 ayda icarə əsasında Moldovanın “Dinamo-Avto” klubunda çıxış edəcək
“Neftçi”nin yetirməsi, son 4 ili “Səbail”də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin Latviyanın tanınmış klubu “Ventspils”lə 2 illik müqavilə bağlayıb.
Anlaşmaya əsasən, futbolçu qarşıdakı 4 ayda icarə əsasında Moldovanın “Dinamo-Avto” klubunda çıxış edəcək.
Qeyd edək ki, Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.