Beş idmançımıza cəza verildi

İdman

11.07.2019 - 12:32

AMADA indiyədək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib

 

Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfindən cəzalandırılıb. AYNA AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin idmançılar - cüdoçular Rüfət İsmayılov və Aliyə Müslümova, atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

 

Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 il müddətinə diskvalifikasiya olunub. İdmançının cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq 22 may 2019-cu ildə başa çatıb.

 

Mürsəlova isə furosemid maddəsinə görə 24 aylıq cəzaya mərzu qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanacaq.

 

Orqanizmində metandienon metaboliti və mestanolon metaboliti aşkarlanan Azər Əhmədovun da cəza müddəti artıq başa çatıb. Onun diskvalifikasiya müddəti 23 noyabr 2019-ci ildən 23 may 2019-cu il olub.

 

Pozdnyakov metilfenidat metaboliti maddəsinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanacaq və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.

 

Ən ağır cəza isə Orxan Zeynalova verilib. Onun orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. İdmançının diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq və 7 mart 2021-ci ilə kimi davam edəcək.

 

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.

Müəllif: Ayna.az